Bu rayonlarda qaz olmayacaq
Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq.
Bu barədə Adalet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər, Qaradağ, Abşeron və Göyçay rayonlarındakı qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 25-də saat 09:00-dan qaz təchizatının dayandırılması nəzərdə tutulub.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun (Mərdəkan bağlar, Stansiya Qala və Mərdakan yeni yaşayış massivlərinin), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi), Abşeron rayonunun (Qobu qəsəbəsi) bir hissəsinin, eləcə də Göyçay şəhəri daxil olmaqla rayonun 25 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan başqa, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttində 2 ədəd siyirtmənin quraşdırılması və 1 ədəd siyirtmənin dəyişdirilməsi, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Kəndoba” qaz paylayıcı stansiyaya çəkilmiş yüksək təzyiqli qol qaz xəttinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı bu gün saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Abşeron rayonunun (Masazır qəsəbəsi və Yeni yaşayış massivi və qeyri-yaşayış sahələri), həmçinin Ağsu rayonunun (rayonun 10 kəndi və qeyri-yaşayış sahələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər Xəbərlər
24 Dekabr 2025 17:00
İlham Əliyev və xanımı Ağdamda sakinlərlə görüşdü - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 16:24
"Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib - VİDEO
24 Dekabr 2025 15:24
Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 13:50
Sabah qar yağacaq - PROQNOZ
24 Dekabr 2025 13:07
Daha 169 nəfər doğma yurda döndü - YENİLƏNİB
24 Dekabr 2025 11:48
Səma VİDEOsuna görə işdən qovula bilər - Nazirdən açıqlama - VİDEO
24 Dekabr 2025 11:33
Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb
24 Dekabr 2025 10:29


Bakı -°C

