“Bu, Rusiya ilə müharibə deməkdir”
“Avropa İttifaqı öz ölkələrini Rusiya ilə münaqişəyə sövq edir. Avropa qoşunlarının Ukrayna ərazisinə yeridilməsi Moskva ilə müharibənin başlanması demək olacaq”.
Adalet.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda onlar (Avropa ölkələri – red.) Ukrayna ərazisinə qoşun yeritmək barədə düşündüklərini deyirlər. Bu, Rusiya ilə müharibə deməkdir”, - deyə V.Putin söyləyib.
Onun sözlərinə görə, bununla belə, Rusiya Avropa ölkələrini təhdid etmir, münaqişənin başlaması üçün də əsas yoxdur.
Digər Xəbərlər
09 Oktyabr 2026 10:29
Paşinyan Azərbaycan mahnısı ilə video paylaşdı - VİDEO
09 Oktyabr 2026 09:35
İstanbulda çökən binada ölənlərin sayı 5-ə çatdı
09 Oktyabr 2026 09:27
"Uzunmüddətli müharibə üçün kifayət qədər silahımız var" - İran
09 Oktyabr 2026 09:08


Bakı -°C

