Bu şəxslərin əmək haqqına artımların minimum miqdarı müəyyən ediləcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin də əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarı müəyyən ediləcək.
Adalet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.
Müəyyən edilib ki, yuxarıda nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

