Bu tarixədək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə güclü külək əsəcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir.
Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9 m/san olacaq.
Digər Xəbərlər

Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bu yolda tikinti və yenidənqurma işləri yekunlaşdı - VİDEO

Bizim aparıcıların çoxu özün apara bilmir...

Bu şəxslərin müalicəsi tibbi sığorta hesabına qarşılanacaq

Oktyabrın ilk günü yağış yağacaq, şimşək çaxacaq

"Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir" - Komitə sədri

Qərar verildi: Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə bu hallarda icazə veriləcək
