Bizim aparıcıların çoxu özün apara bilmir...
Bu sözləri bizim fikrimiz deyil. Və bu sözlər xalqın yazıçısı Seyran Səxavətə məxsusdur. Televiziyalara diqqət yetirəndə biz istedadlı yazıçı Seyran Səxavətin nə qədər gözəl bir fikirinin şahidi oluruq. Mən özün apara bilməyən aparıçıların adlarına da çəkə bilərəm. Sadəcə onların adını çəkib nə sizin , nə də öz qanımı qaralamaq istəmirəm.
Və belə aparıcılar AzTV, İctimai TV və Real TV istisna olunmaqla bütün özəl kanallar da var. Xüsusilə də müğənnilərin apardığı verilişlər. O, aparıcılarının cümləsinin nə mübtədası, nə də xəbəri var. Heç onlar Azərbaycan dilində normal danışa bilmirlər, o ki, qala aparıcılıq eləyələr. Yaxşı başa düşurük,özəl.kanallardır və yaxşı da sponsorluq edirlər.Amma bu o demək deyil ki, aparıcı ağlına gəlini yox , ağzına gələni danışmalıdır.
Özü danışa bilməyən dəvət elədiyi savadlı adamı da danışmağa qoymur. Sual vermişən,imkan ver, dəvət etdiyin insan fikirin tamaşaçıya çatdırsın. Yoxsa özü sual verir,özü də cavablandırır. Bəs onda layihə rəhbəri, redaktor,baş redaktor, rejissor hara baxır??? Və bir də nə qədər şou proqramlar olar qardaş? Eyni saatlarda özəl kanallarda 4-5 şou verilişlər gedir və orda da hər gün efirdə olan səviyyəsiz müğənnilər ağızları gələni danışır. Çünki aparıcı ilə dəvət olunan eyni səviyyədədir.
Nolar , həftədə bir- iki də vətənpərvər, maarifləndirici verilişlər hazrlayın. Və o verilişləri də xalqın sevdiyi aparıcılara həvalə edin! Təbii ki, həmin söhbətlərə camaatın gözü axtardığı, ədalətli və səmimi danışan ziyalıları dəvət edin. Görün, o verilişlərə xalq necə böyük sevgi ilə baxır? Düşük və səsi olmayan müğənnilər televiziyalarda görməkdən camaatın gözlərə " mazol" olub axı!!! Elin canı belə savadsız və səviyyəsiz müğənnilərdən nə vaxt xilas olacaq???
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Oktyabr 2026 19:00
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
26 Oktyabr 2026 12:28
Sabah hava necə olacaq?
25 Oktyabr 2026 14:08
Yağış yağırsa...
25 Oktyabr 2026 12:32
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağdı
25 Oktyabr 2026 09:32
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13


Bakı -°C

