Bu tarixlərdə meteor yağışı müşahidə ediləcək
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq. Mənbəyi Əjdaha (Drakon) bürcündə olduğuna görə bu meteor yağışı Drakonidlər adlanır.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet..az-a verilən məlumata görə, Bakıda Drakonid meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq.
Qeyd edək ki, Drakonid saatda cəmi 10 meteor istehsal edən kiçik meteor yağışıdır. O, ilk dəfə 1900-cu ildə kəşf edilmiş “21P Giakobini-Zinner” kometinin qoyub getdiyi toz dənələri tərəfindən əmələ gəlir. Kometin Günəş ətrafında bir dövrü tamamlaması təxminən 6,6 il çəkir.
Meteor yağışları Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə yaranır. Zaman keçdikcə bu axınlardakı quma bənzər parçalar Günəş sistemi ətrafında ana cismin orbitinin uzunluğu boyunca paylanır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda, adətən, təxminən 70-100 km yüksəklikdə “düşən” ulduzlar görünür. Ən çox meteor görmək üçün birbaşa yağışın mənbəyinə deyil, səmanın ondan təxminən 30-40° uzaqlıqdakı hər hansı qaranlıq hissəsinə baxmaq lazımdır. Məhz yağışın mənbəyindən bu məsafədə meteorların əksəriyyəti görünür.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

