Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz
Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək.
Adalet.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.
Digər Xəbərlər
27 Sentyabr 2026 16:34
Səhiyyə Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib - FOTOLAR
27 Sentyabr 2026 13:38
Xankəndidə Zəfər parkına yürüş - FOTOLAR
27 Sentyabr 2026 12:44
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sentyabr 2026 12:11


Bakı -°C

