"Buraxdı" söhbəti Livan ermənilərini qəzəbləndirdi:Səfirliyimizə daşla hücum fotolarda

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidəki qondarma “artsax respublikası” rəsmi olaraq ləğv edildi. Qondarma “artsax respublikasının” “prezidenti” Samvel Şahramanyan "fərman" imzalayıb.
“Fərmanda” deyilir:
1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;
2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Adalet.az xəbər verir ki, bu məlumat livan ermənilərini həddindən çox qəzəbləndirib. Beləki, Livanlı ermənilər Azərbaycanın Beyrutdakı səfirliyi qarşısında “ Qarabağda soyqırımı dayandırmaq” çağırışları və pankartlarla etiraz aksiyası keçiriblər.
Etiraz aksiyasını Livanın erməni mərkəzi təşkil edib. Məlumatı Alhurra.com saytı yayıb.
Livan erməniləri Azərbaycan bayrağını yandırıb, səfirlik istiqamətinə daş atıb, buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib və etirazçıları dağıdıb.
P.S. Bu məlunlar nə vaxt anlayacaq ki, "daldan atılan daş topuğa dəyər".Bəzən heç topuğa da dəymir...
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezident onları ayaq üstə alqışladı - VİDEO

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi GÖRÜNTÜLƏRİ

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

"Kəngərlidə daha çox ev tikiləcək" - İlham Əliyev

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında - FOTOLAR + YENİLƏNİB
