Buryatiya sakininə ayı hücumu: Ölən var
Buryatiyada ayı 1970-ci il təvəllüdlü kişiyə hücum edib. Ağır baş xəsarəti alan kişi xəstəxanada ölüb.
Adalet.az-ın xəbərinə görə, bu barədə respublika rəhbəri Aleksey Sıdenov "MAX" hesabında yazıb.
Faciə Zakamenski rayonunda, Xurtağa ulusunda, Şutxalan ərazisində baş verib. Kişi həyat yoldaşını avtobusa yola salıb, qəsəbədən qayıdarkən isə yolda ona ayı ona hücum edib.
"Məlum olub ki, kişi avtobus dayanacağına gedərkən öz mal-qarasını yoxlamaq üçün meşəyə dönüb və orada ayının hücumuna məruz qalıb. Təəssüf ki, kişini xilas etmək mümkün olmayıb. O, başından çox ağır xəsarətlər alıb. İki cərrah onun həyatı uğrunda mübarizə aparıb. Ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Aleksey Sıdenov bildirib.
Hadisə yerində Buryatiya Təbiətə Nəzarət İdarəsinin mütəxəssisləri işləyirlər. Hücum yerində və ərazidə araşdırma aparılır. Qurum ayının məhv edilməsi qərarına gəlib.
Digər Xəbərlər
12 Oktyabr 2026 10:38
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
12 Oktyabr 2026 10:22
Neft tankeri Hörmüzdə minaya düşdü - VİDEO
12 Oktyabr 2026 09:48
“Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
12 Oktyabr 2026 09:46
Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi
12 Oktyabr 2026 09:30
Polşanın Baş nazirini öldürməklə hədələyən şəxs saxlanıldı
12 Oktyabr 2026 09:10
Tramp 41 illik qərarı bir imza ilə ləğv etdi
11 Oktyabr 2026 15:53
İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü - VİDEO
11 Oktyabr 2026 15:49


Bakı -°C

