Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç qardaş ölkədə bəzilərinin BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyəti üzvünün zaldan çıxmamasına görə Azərbaycana qarşı qara kampaniyaya etiraz edib.
Adalet.az xəbər verir ki, Hulusi Kılıç bu etirazını sosial şəbəkə hesabında “Can Azərbaycana saldıranlara mesajım” adı ilə paylaşıb.
“- Türkiyə və Azərbaycan xalqları bir ailədir; buna görə də onlar vahid bir millətdir.
- Can Azərbaycanımıza yönəlmiş ədalətsiz, məsuliyyətsiz və məlumatsız tənqid və hücumlar, əslində, ailəmizə yönəlmişdir. Bu ədalətsiz, məsuliyyətsiz və məlumatsız hücumlar yalnız bizi sevməyənləri sevindirməkdədir.
- Türkiyə-Azərbaycan qardaşlığı əsrlərə söykənən qardaşlıqdır. Bu, 1915-ci il Çanaqqala müharibəsi zamanı minlərlə azərbaycanlı qardaşımızın türk əsgərləri ilə çiyin-çiyinə düşmənə qarşı vuruşaraq şəhid olması ilə nümayiş etdirilən tarixi həmrəylik nəticəsində möhkəmlənən və 15 iyun 2021-ci ildə imzalanıb hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsi ilə daha da gücləndirilən bir bağdır.
- Azərbaycan suveren və müstəqil dövlətdir. O, digər dövlətlərlə olan strateji əməkdaşlıq, hədəflər və maraqlar — həm keçmiş, həm də gələcək — əsasında öz xarici siyasətini müəyyən edir.
Heç kimin bu məsələyə qarışmaq və ya bununla bağlı şərtlər diktə etmək hüququ yoxdur”.
Digər Xəbərlər
19 Oktyabr 2026 09:32
Aygün Attar kimləri yıxıb-sürüdü?! - VİDEO
18 Oktyabr 2026 23:02
Prezidentin 1 həftəsi... - VİDEO
18 Oktyabr 2026 19:00
Sahibə Qafarova Bişkekdə - FOTO
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21


Bakı -°C

