CAN DE BYAZİ, CANIM DE BYAZİ
Səni verənə şükür, səni tapıb Azərbaycana gətirənə şükür. Yoxsa biz neyləyərdik? Yaxşı qurtardıq. Uduzduq – 2:0, amma gözəl oynadıq. Yoxsa 10:0 da ola bilərdi.
Yəqin ki, müqaviləni hələ bir beş il də uzadarlar. Bir də sənin kimi məşqçini hardan tapa bilərik ki?
Oyundan sonra açıqlamalarını oxudum ləzzət elədi, çox gözəl açıqlamalar idi. Bu açıqlamalara görə bütün futbolsevərlər adından sənə təşəkkür edirəm. Böyük hesabla uduzmadığımız üçün sənə minnət borcumuz var.
Səni verənə şükür, səni tapıb Azərbaycana gətirənə şükür.
Qoy Millətlər Liqası başa çatsın, milli komandanın oyununa yaxşı oturduğuna görə səni aparacam
Qarabağa, Şahvəlilərə - Ədalətin pavilyonunda sənə yaxşı quzu kababı verəcəm. Ye, cana gəl, can De Byazi.
Digər Xəbərlər
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

