Çavuşoğlu NATO XİN başçılarının toplantısında iştirak edəcək?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Osloda keçirləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək.
Adalet.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveç xarici işlər nazirinin sözçüsü bildirib.
Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billstrom SVT telekanalına deyib ki, o, iyunun 1-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Osloda NATO xarici işlər nazirlərinin toplantısında görüşəcək, lakin daha sonra İsveç XİN sözçüsü: "Ancaq bizə Türkiyənin xarici işlər nazirinin gəlməyəcəyi barədə məlumat verildi, ona görə də orada heç bir görüş olmayacaq", - deyə açıqlama verib və əlavə edib ki, XİN başçıları arasında görüş "tezliklə" baş tutacaq.
Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü Türkiyə və Macarsıtan tərəfindən ratifikasiya olunmayıb. Planlaşdırılan görüşdə İsveçin NATO-ya üzvlüyü məsələsi müzakirə olunacaq.
Digər Xəbərlər
25 Oktyabr 2025 14:05 Belqorod su anbarının bəndi ciddi zədələndi, təxliyə elan edildi
25 Oktyabr 2025 11:51 Makronun arvadının adını bu şəkildə yazdılar
25 Oktyabr 2025 11:22 Türkiyə Qəzzanı sabitləşdirmə qüvvələrinin tərkibindən çıxarıla bilər
25 Oktyabr 2025 10:53 

Bakı -°C 










