Çay paketlərində həşəratlar?

Trir Universitetinin genetikləri çay paketlərində həşərat qalıqları aşkar ediblər. Alimlərin işi "Biology Letters" jurnalında dərc olunub.
Alimlər çayın qara, yaşıl, nanə və çobanyastığı da daxil olmaqla bir neçə növünü tədqiq ediblər. Genetiklər xüsusi DNT analizindən istifadə edərək çay paketlərindəki yarpaqlarda yad DNT-nin ən kiçik qalıqlarının olub-olmadığını yoxlayıblar. Ümumilikdə təcrübə zamanı 1200-dən çox buğumayaqlının izləri müəyyən edilib.
Məsələn, nanə çayında ABŞ-ın Sakit okean şimal-qərb bölgəsindən həşərat DNT-si, yaşıl çayda isə Şərqi Asiyadan olan buğumayaqlıların DNT-si tapılıb.
Alimlərin fikrincə, həşərat DNT-si çay yarpağının yalnız 0,1%-ni təşkil edir, digər 99,9%-i isə bitki DNT-sidir. Alimlərin fikrincə, çayda həşərat qalıqlarının olması yarpaqlarda pestisidlərin olmamasından xəbər verir.
Eminquey
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
