Çay stəkanına tüpürən qız danışdı - "Zarafatla etmişəm" - VİDEO

Qız müştəriyə çay verməzdən əvvəl stəkana tüpürür və bunu telefona çəkir.
Adalet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin xanım əməkdaşının müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
Müzakirələrə səbəb olan videodakı qız “Xəzər Xəbər”ə danışıb. O, bunu rəfiqələrinə zarafat məqsədi ilə etdiyini bildirib.
Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Etibar Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını bildirib.
DİN-in Mətbuat xidmətinin Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Şəki polis şöbəsində təhqiqat aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Digər Xəbərlər

Respublikada bu təsərrüfatların ilkin uçotu aparılır

"Bina və reklam lövhələrindən uzaq durun" - Xəbərdarlıq

“Bütün ailəmiz kədərlənir...” - Mehriban Əliyeva Cabir İmanovdan yazdı

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başa çatıb

Ehtiyatda olan hərbi vəzifəlilər təlimə 2 aylıq çağırılacaqlar

Nazir: COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub

Prezidentdən keçmiş deputatla bağlı SƏRƏNCAM
