Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (22.09.2025-28.09.2025) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 100 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 1661 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1225,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Digər Xəbərlər

Nazir: COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub

Prezidentdən keçmiş deputatla bağlı SƏRƏNCAM

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Çilidən olan parlamentarilər “ASAN xidmət”də

İlham Əliyev və Mehriban Əliyeva III MDB Oyunlarının rəsmi açılış mərasimində - YENİLƏNİB + VİDEO

Himnimizi yeni formatda ifa etdilər - VİDEO

Gəncədən dünyaya sülh mesajı - VİDEO
