Çilidən olan parlamentarilər “ASAN xidmət”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.
Adalet.az bu barədə qurumdan əldə etdiyi məlumata istinadla xəbər verir.
Məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Qonaqlar “ASAN xidmət”in, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını, bu təcrübənin Çili tərəfi ilə paylaşılmasında maraqlı olduqlarını bildiriblər.
Digər Xəbərlər

Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlandı

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

İlham Əliyev və Mehriban Əliyeva III MDB Oyunlarının rəsmi açılış mərasimində - YENİLƏNİB + VİDEO

Himnimizi yeni formatda ifa etdilər - VİDEO

Gəncədən dünyaya sülh mesajı - VİDEO

Prezident və xanımı açılış mərasimini uşaqlarla izlədi - VİDEO

Açılış mərasimində möhtəşəm "Dəmir yumruq" şousu - VİDEO
