"10 qəpik deyib keçməyin..." -İqtisadçı

"Bir ailədə 2 uşaq düşünün. Hər gün məktəbə gedib-gələn iki məktəbli uşaq. Onlar gün ərzində dərsə gedib-gəlmək üçün hər biri 50+50=1 manat nəqliyyata xərcləyirdi. Bundan sonra o hər məktəbli uşağın gediş haqqı 20 qəpik artacaq. 2 uşaq üçün 40 qəpik. Ayda 20 gün dərs günü olduğunu nəzərə alsaq, o zaman 20X0.40AZN=8 AZN ailənin əlavə xərci yarandı. Əgər bura valideynləri də əlavə etsək bu aylıq 16 manat əlavə xərc deməkdir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.
İqtisadçı bildirib ki, miqyası bir az da genişləndirə bilərik:
"İşə gedən insanlar gün ərzində 10 dəfə ictimai nəqliyyatdan istifadə etsə, o zaman günlük xərcləri 1 manat artdı deməkdir.
Bunu ay ərzində hərəkətdə olan vətəndaşlara şamil etsək aylıq 30 manat xərci atrtması deməkdir. Deməli əhalinin aşağı kateqoriyadan olan təbəqəsi üçün həyat bir az da çətinləşdi".
Vasif ƏLİHÜSEYN