“İstehlakçılar aldadıldıqlarına görə ciblərində tərəzi gəzdirirlər”
Nazirlər Kabinetinin 2014-cü ildə qəbul olunmuş 94 saylı qərarında göstərilir ki, ticarət şəbəkələrində, o cümlədən bazarlarda, dükanlarda nəzarət tərəziləri olmalıdır. Nəzarət tərəziləri müvafiq idarə tərəfindən yoxlanılmalıdır, yəni düz işləməsi təmin olunmalıdır. İstehlakçılar da müstəqil olaraq aldıqları malın çəkisini orda öyrənməlidirlər”.
Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda istehlakçıların aldadılması haqda danışarkən deyib.
Ekspert təəssüflər qeyd edib ki, Nazirlər Kabinetinin bu qərarı yerinə yetirilmir:
“Çəkidə istehlakçıları aldatma daim davam edir və üstəlik tərəzilərin yoxlanışdan keçirilməsi könüllüdür. Bazar rəhbərliyi isə gərək ildə heç olmasa bir dəfə bu işləri təşkil eləsin ki, belə hallar baş verməsin. Ən maraqlısı budur ki, Azərbaycan vətəndaşları bazarlardakı tərəzilərə inamsızlıqdan ciblərində tərəzi gəzdirirlər. Çəkidə aldatma üsulu çox geniş yayılıb. Yanacaqoldurma məntəqələrində də sürücüləri aldadırlar”.
E.Hüseynov deyib ki, bu, istehlakçı hüquqlarının ən çox pozulan sahəsidir:
“Üstəlik Sovet vaxtı insanlar bilirdilər ki, qablaşdırılmış mallar adətən bir kiloqramlıq olurdu. Lakin biz görürük ki, indi qablaşdırılmış mallar da 800, 900, 950 qram olur. İstehlakçılar bazarlarda baş verən bu aldatmalarla bağlı mənə müraciət edib problemin həllini tələb edirlər. Lakin bu sahəyə nəzarət edən dövlət orqanları bir iş görmür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Dekabr 2025 18:03
İdarə Heyətinin sədri Zakir İbrahimovun "Nadir incilər – ipəklə gümüşün harmoniyası" adlı təqdimat mərasimində çıxış nitqi
26 Dekabr 2025 17:47
Naxçıvan sakinlərinə sosial ödənişlərlə bağlı şad xəbər
26 Dekabr 2025 13:25
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
26 Dekabr 2025 13:16


Bakı -°C

