Səfərdən qayıdan sürücülərə - XƏBƏRDARLIQ - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb.
Adalet.az-ın xəbərinə görə, bildirilib ki, xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir.
“Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur.
Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki, səfər zamanı mütəmadi fasilələr versinlər, yuxusuz və yorğun halda avtomobil idarə etməsinlər.
Unutmayın, əsas məqsəd mənzil başına tez deyil, sağ-salamat çatmaqdır!”, - qurumun məlumatında bildirilir.
Digər Xəbərlər
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56
“Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər”
10 Noyabr 2026 10:31
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - VİDEO
09 Noyabr 2026 19:46
Mehriban Əliyevadan səmimi PAYLAŞIM - VİDEO
09 Noyabr 2026 12:39
“Düşmənə dərs verən onlardır” - İlham Əliyev - VİDEO
09 Noyabr 2026 12:17
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi
09 Noyabr 2026 12:16
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09 Noyabr 2026 11:21


Bakı -°C

