adalet.az header logo
  • Bakı -°C
10 Noyabr 2026 10:56
76
GÜNDƏM
A- A+

“Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər”

“Bu günlər daha qürurla dalğalanan üçrəngli bayrağımız təkcə Cümhuriyyətin rəmzi və nişanəsi deyil, həm də onun ruhudur. Dövlət Byrağı günündə hələ sovet dövründə həmin ruhu yaşadan və təbliğ edən bir şəxsiyyət- Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev haqqında danışmağı vacib sayıram. Müstəqillik dövründə Cümhuriyyət haqqında yazanların çoxu onun "Odlar yurdu" qəzetində çap olunmuş silsilə məqalələrinə istinad edirdi, çünki publisistika olsa da ilkin mənbə sayılırdı”.

Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib. 

“Onun haqqında çox yazıb, çox danışıblar. Amma Rais Rəsulzadənin dediyi heç yadımdan çıxmır: "Hələ sovet dövrü idi. Bir gün emalatxanama ortayaşlı bir adam gəldi, salam-kəlamdan sonra soruşdu ki, siz babanızın kim olduğunu bilirsizmi? Heç cavabımı gözləmədən Cümhuriyyət və babam haqqında heç vaxt eşitmıdiyim xeyli məlumat verdi. O söhbətdən sonra Mövsüm Əliyevlə davamlı görüşürdük". Rais bəy onun müəmmalı ölümü haqqında da yana-yana danışır. Əslən Zirə kəndindən olan Mövsüm Əliyev 1939-cu ildə kasıb bir ailədə anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra İncəsənər institutunda oxumuşdu, ixtisasca sənətşünas idi. 60-cı illərin sonlarından başlayaraq Cümhuriyyət tarixinə aid sənədləri toplamağa başlayıb. 1970–1980-ci illərdə Azərbaycan Cümhuriyyətinin qurucuları haqqında araşdırmalarını dərinləşdirib, o dövrə aid xeyli sənəd toplaylb. Sovet rejimi dövründə (1988-ci il) Məhəmməd Əmin Rəsulzadə haqqında ilk məqaləsini yazıb. Daha sonra Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət xadimləri haqqında samballı məqalələr yazıb. Bəlli səbəbdın məqalələrini "Əlioğlu" umzası ilə çap etdirib.Mövsüm Əliyev Cümhuriyyət qurucuları ilə bağlı məlumatları arxivlərdən gizli şəkildə köçürür, sənədlərin surətini gizli şəkildə çıxarıb saxlayırdı. Bu işdə ona yaxın dostu, akademik Ziya Bünyadov da kömək edirdi. Bəzi məlumatlara gprə Ziya müəllim bəzən DTK arxivlərindəki mühüm sənədləri özü ona gizli şəkildə çatdırırmış.Tədqiqatlarını dərinləşdirən Mövsüm Əliyev həmin dövrdə milli adamlar hesab etdiyi publisist-tərcüməçi, AJB-nin sədri Hacı Hacıyev və diplomat, mühacirətşünas-tədqiqatçı Ramiz Abutalıbovla dostluq edir, fikirlərini onlarla bölüşürmüş. Şahidlərin dediyinə görə, Mövsüm Əliyev kaslblıq içində yaşasa da, Cümhuriyyətə aid sənədləri pulla alırmış, 28 May — İstiqlal Gününü isə xüsusi səxavətlə qeyd edirmiş.1993-cü ildə M.Ə.Rəsulzadəni müdafiə məqsədilə yazdığı bir məqalədə bəzi tarixi faktları açıqladığına görə M.Əliyev həbs edilir və ilyarıma qədər həbsxanada yatır.Həbsxanada saxlanma şəraiti pis olduğu üçün səhhətində problemlər yaranır. Oradan çıxdıqdan az sonra infarkt keçirir. Daha sonra sinir ağrıları və nevroloji problemləri olur, yeriməyindı çətinliklər yaranır.Cümhuriyyətin ilk araşdırmaçısı 1998-ci ilin dekabrında son günlərini yaşadığı Poluxin 44 ünvanındakı evində vəfat edib. Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər.Yazılanlara görə, Mövsüm Əliyevin zəngin şəxsi arxivi var imiş. Məlumatlara görə, ölümündən sonra onun iki kisəyə yaxın sənədini mənzil-istismar sahəsinin işçiləri aparıblar. Həmin sənədlərin taleyi indiyə kimi məlum deyil. Allah Mövsüm Əliyevə və Cümhuriyyətin dünyasını dəyişmiş digər araşdırmaçılarına rəhmət eləsin!”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN