Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
"Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da, müşahidə olunur".
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Əsasən toqquşma, aşma, maneə vurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir.
Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə üstünlük verilsə də, həmin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması da, sonradan ciddi fəsadlara yol açır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün həmvətənlərimizi təbrik edir, böyük qürur hissi ilə qeyd etdiyimiz bayram günlərinin təhlükəsiz, şən və firavan keçməsi üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara, verilən tövsiyələrə əməl etməyə çağırır!", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
09 Noyabr 2026 09:00
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi - FOTO
09 Noyabr 2026 00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
08 Noyabr 2026 21:04
Dövlət Komitəsinin kollektivi Zəfər Parkını ziyarət edib - FOTOLAR
08 Noyabr 2026 20:32


Bakı -°C

