Bahalığı yaradan kimlərdir?
Əlbəttə, bu suala birmənalı cavab vermək mümkün deyil. Ən azından ona görə ki, ölkəmizdə tez - tez həm ərzaq, həm kənd təsərrüfatı, həm də sənaye mallarının qiymətləri baalaşır.
Məsələn, qarabaşağın bir kiloqramın bir ay əvvəl bir manata alırdıq, indi onu 1 manat 20 qəpiyə alırıq. Hələ ola bilsin , bir aydan sonra qiyməti daha da artsın. Eyni zamanda iki- üç ay bundan qabaq ölkəmizə xaricdən idxal olunan 5 litrlik zeytun yağı 47 manat idi. İndi isə 60 manat! Noldu, birdən - birə onun qiyməti 13 manat qalxdı? Bunlar kim və niyə bahalaşdırır? Bu, görünməyən əllər nə vaxt kəsiləcək!.Suallar çoxdur, amma ona düz- əməlli cavab verən yoxdur.Təkcə ərzaq malları, yağlar deyil, bütün bostan- tərəvəz məhsullarının qiymətləri bahalaşıb.
Azərbaycanda elə bil ki, Kənd Təsərrüfatı Nazirliyi yoxdur. Və bazarlarda ucuzluq yaratmaq üçün heç bir addım atmır. Sovet dövründəki kooperativ ticarət bərpa olunmalıdır. Dövlət ucuz qiymətə fermerdən həmin məhsulları almalı və əhaliyə də ucuz qiymətə satmalıdır. Yoxsa, alverçilər həmin məhsulları qəpik- quruşa alıb, gətirib camaata üç - dörd manat baha qiymətə satmaz.
Məhsullar beş - altı əldən keçir.Kəndli qalır kənarda, alverçilər qaz vurub, qazan doldururlar.Bu nə vaxt qədər belə olacaq? Bu sualın cavabını biz yox, aidiyyəti qurumlar verməlidirlər!
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44
“Növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var”
08 Oktyabr 2026 23:35
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...
08 Oktyabr 2026 14:11


Bakı -°C

