Cəlilabadda meyiti tapılan qadın qardaşı tərəfindən ağac parçası ilə öldürülüb - YENİLƏNİB
Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilmişdir.
İş üzrə istintaq davam edir.
15:18
Cəlilabad rayonunda qadın meyiti aşkar olunub.
“Report”un məlumatına görə, meyit rayonun Sabirabad kəndi ərazisində, açıq ərazidə tapılıb.
İlkin ehtimala görə, meyit bir müddət öncə itkin düşmüş 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsusdur. Onun qətlə yetirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34
Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
30 Dekabr 2025 11:57
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi
29 Dekabr 2025 12:54
Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30


Bakı -°C

