adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2024 11:20
2030
MƏMLƏKƏT

 Rusiyada "Arame" restoranı, "erməni milli mətbəxi": Xəngəl, küftə, dolma, plov, piti

Rusiyada ermənilərin və gürcülərin bir-birinə güvəni artmaqdadır.

Adalet.az xəbər verir ki, Rusiyanın Çelyabinsk şəhərində erməni və gürcü mətbəxini təqdim edən “Arame” restoranı açılıb.  Məlumatı gürcü mediası yayıb.
Restoranın rəhbərliyi bildirib ki, müəssisə Şerşni mikrorayonunda fəaliyyət göstərir. “Çelyabinskdə erməni, gürcü və Avropa mətbəxlərini birləşdirən yeni “Arame” müəssisəsi açılıb. Restoran həmişəki kimi işləyir və öz əziz qonaqlarını gözləyir”, - restoranın rəhbərliyi “VKontakte” sosial şəbəkəsində elan edib.

Erməni mediası da həmin məlumatları paylaşaraq yazıb ki, restoranın menyusuna ermənilərin 5  növ milli yeməkləri daxil edilib:Xəngəl, küftə, dolma, plov, piti və gürcü mətbəxindən çaxoxbili  daxildir. Şərq üslubunda dizayn edulmiş həmin restoranda quzu, toyuq, balıq və donuz ətindən hazırlanan 7 növ  kabab və 12 növ manqal yeməkləri  var. Avropa yeməklərinə pizza, fast food və klassik salatlar daxildir.

 

Oxucularımıza məlumat üçün bildirir ki, uzun illərdir Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrini özününküləşdirməyə çalışan Ermənistan bizə məxsus milli yeməkləri də öz adına çıxarıb.

Dəfələrlə belə halların şahidi olmuşuq. Hətta onların çap etdirdikləri kitablarda da göstərilən yeməklərin demək olar ki, əksəriyyəti bizim mətbəxə aiddir. Müxtəlif dillərdə nəşr olunan bu kitablar vasitəsilə Ermənistan kulinariyasının təbliğatı aparılıb.



Hələ 2 il əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyirdi ki, Azərbaycan mətbəxinin ermənilər tərəfindən mənimsənməsi 1940-ci illərdən başlayıb. Onun sözlərinə görə, ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin onlara məxsus olduğuna inandırmağa çalışıblar.

Tahir Əmiraslanov onu da vurğulamışdı ki, erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş "Gənc aşpaz" kitabında 243 yemək resepti göstərilsə də, aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Onun sözlərinə görə, peşəkar aşpazın erməni tələbələr üçün yemək kitabı yazaraq erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməməsi ümumiyyətlə Ermənistan mətbəxinin saxtakarlıq üzərində qurulmasını göstərir.

P.S. Həəə... Azərbaycan mətbəxinin Azərbaycanda inkişafında, Mili mətbəxin toplanmasında, qorunmasında , qədim xörəklərin bərpasında , dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəsis olan Tahir Əmiraslanovu da 2022-ci ildə Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən ayırdıqdan sonra ermənilərin əli-qolu daha da açıldı. Bilirsiniz, bundan sonra (nə əlaqə bilmirəm) jurnalist Orxan Fikrətoğlu da Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsinə gətirildi, o da bu işi bacarmayıb oradan uzaqlaşdı. Hazırda Orxan Fikrətoğluna Kino Agentliyində vəzifə verilib.
Nə isə ee... hər işimiz xaşıla dönüb...

Ənntiqə Rəşid