Çempionlar Liqası: 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər
UEFA Çempionlar Liqasında bu gün qrup mərhələsinin V turuna start veriləcək.
Adalet.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar keçiriləcək.
Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər. “Barselona”, “Atletiko” və Dortmund “Borussiya”sı qalib gəlsələr, avtomatik olaraq növbəti mərhələyə yüksələcəklər.
Həmçinin “Latsio”, PSJ və “Portu”nun da bu şansı var. Lakin onların taleyi təkcə özlərindən asılı deyil. İlk iki komanda bunu reallaşdırmaq üçün həm özləri, həm də qruplarında lider olan klublar qalib gəlməlidirlər. “Şaxtyor” öz meydanında “Antverpen”ə uduzsa və “Barselona” ilə “Portu” heç-heçə etsələr, Portuqaliya təmsilçisi də İspaniya nəhəngi ilə birlikdə 1/8 finala adlayacaq.
Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
28 noyabr
E qrupu
21:45. “Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya)
00:00. “Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya)
Xal durumu: “Atletiko” – 8, “Latsio” – 7, “Feyenoord” – 6, “Seltik” - 1.
F qrupu
00:00. “Milan” – “Borussiya” (Dortmund, Almaniya)
00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)
Xal durumu: “Borussiya” – 7, PSJ – 6, “Milan” – 5, “Nyukasl” - 4.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
00:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Srvena Zvezda” – 1, “Yanq Boyz” - 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika)
00:00. “Barselona” (İspaniya) – “Portu” (Portuqaliya)
Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.
Digər Xəbərlər
28 Fevral 2026 16:45
"Neftçi" səfərdə "Şamaxı" ilə heç-heçə etdi
28 Fevral 2026 16:25
PSJ prezidenti Vitinyanı "Real"a satmaqdan imtina edib
28 Fevral 2026 11:10
Hidayət Heydərov cəzalandırıldı
28 Fevral 2026 10:04
“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı
27 Fevral 2026 20:10
“Zirə” “Araz-Naxçıvan”a qalib gəldi
27 Fevral 2026 17:00
“Kəpəz” “Sumqayıt”ı darmadağın etdi
27 Fevral 2026 11:32
Bu gün Çempionlar Liqasının püşkü atılacaq - "Qalatasaray"ın rəqibi bəlli olacaq
26 Fevral 2026 18:24


Bakı -°C

