01 Oktyabr 2025 09:29
107
İDMAN

Çempionlar Liqası: "Qarabağ" "Kopenhagen"lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyun olacaq.

Adalet.az xəbər verir ki,"Qarabağ" komandası Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Oyunun niderlandlı hakim Serdar Gözübüyük idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.  "Kopenhagen" isə Almaniyanın "Bayer 04" komandası ilə bərabərə qalıb -2:2.

Turnir cədvəlində Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü pillədə qərarlaşıb.