"Cərimələr dövlət büdcəsini doldurmaq məqsədi daşımır" - Xidmət rəisi
“Bu gün müxtəlif bazar subyektləri var ki, ya sahibliyi dolayısı ilə eynidir, ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Yeni qanunvericiliklə bu benefisiar nöqteyi-nəzərdən tənzimlənəcək".
Adalet.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
Xidmət rəisi bildirib ki, digər bölmə rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlıdır: "Bu gün bizə müraciət olur ki, rəqib bazardan çəkilməyimizi, iştirak etməməyimizi istəyir. Yeni qanunvericiliklə bütün bunlar tənzimlənəcək”.
M.Abbasbəyli vurğulayıb ki, yeni qanunda maliyyə sanksiyaları və cərimələrin tətbiqi dövlət büdcəsini doldurmaq məqsədi daşımır: “Məqsəd Rəqabət Məcəlləsinin işləməsini tənzimləmək, azad bazar və rəqabət mühitinə mane olan şəxslərin cəzalandırılmasıdır”.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:13
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
28 Sentyabr 2026 17:22
Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?
28 Sentyabr 2026 11:14
“Kredit bitməmiş kasıbın ömrü bitir”
28 Sentyabr 2026 10:37


Bakı -°C

