"Cevahir" intihara cəhd edib?

"Geniş Ailə" serialındakı "Cevahir" obrazı ilə tanınan aktyor Ufuk Özkan son vaxtlar sağlamlıq problemləri ilə gündəmdədir.
Adalet.az xəbər verir ki, qaraciyər sirrozundan əziyyət çəkən aktyor reanimasiyaya yerləşdirilib.
Bu barədə sənətçinin qardaşı sosial şəbəkə hesabında yazıb. O, "Qardaşım reanimasiyadadır, dualarınıza ehtiyacımız var", - deyərək yaxınlarından dəstək istəyib.
Qeyd edək ki, ötən gün bəzi media orqanları Ufuk Özkanın evində intihara cəhd etməsi ilə bağlı xəbərlər yaymışdı. Lakin aktyorun yaxınları bunun yalan olduğunu bildirib, səhhəti ağırlaşan Özkanın xəstəxanaya yerləşdirildiyini açıqlayıblar.
48 yaşlı Özkan uzun müddətdir qaraciyər çatışmazlığından müalicə alır.
Digər Xəbərlər

Namiq Qaraçuxurlu: “…cammatı narahat etmək istəmirəm”

Faiq Ağayevlə Zümrüd Bədəlova arasında GƏRGİNLİK - "Bir il mənə zəng etmə" - VİDEO

Səidə Dadaşova: “Mən yalnız deyiləm”
