Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə müzakirə apardı
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib.
XİN-dən Adalet.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.
Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
23 Mart 2026 15:39
Azərbaycan XİN Zaxarovadan izahat gözləyir
23 Mart 2026 15:29
Çin Sədri İlham Əliyevi təbrik etdi
23 Mart 2026 15:24
Prezident Şahbaz Şərifi təbrik etdi
23 Mart 2026 12:20
"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
22 Mart 2026 15:23
Bu müharibənin bizim regionumuza təsiri ola bilər? - Səxavət Məmməd yazır
22 Mart 2026 11:16
“İranın hakimiyyət sistemi ABŞ və İsrail tərəfindən ələ keçirilib”
22 Mart 2026 10:51
“Ermənilər düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir...”
22 Mart 2026 10:32


Bakı -°C

