Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni təyin olunmuş baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı C.Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.
Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb. Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40
Prezident Valeh Ələsgərova "Şərəf" ordeni verdi
17 Oktyabr 2026 13:56
“1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanı nüfuzlu gücə çevirdi”
17 Oktyabr 2026 11:32
ABŞ prezidenti Tramp Moskvanın mövqeyindən çıxış edir - Politoloq
17 Oktyabr 2026 11:08


Bakı -°C

