26 Avqust 2025 15:32
76
SİYASƏT

Ceyhun Bayramov: Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib

Azərbaycan heç vaxt milli maraqlara zidd olan aralıq həll variantlarını qəbul etməyib.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və siyasi gücü artaraq regionda əsas söz sahiblərindən birinə çevrilib:

"Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinin ifşa edilməsi istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan haqq-ədalət savaşında öz tutduğu yoldan dönməyərək sonda qələbə qazandı".