"Zəngəzur dəhlizi"ni "təhlükə" bilən İran siyasətçilərindən yeni AÇIQLAMALAR
İranlı deputat deyib ki, Zəngəzur dəhlizi İranın Qafqazdakı mövqeyinə zərbə vuracaq.
Adalet.az xəbər verir ki, bu fikri milliyətcə azərbaycanlı olan, Kərəc şəhərinin İran parlamentindəki təmsilçisi Əlirza Abbasi deyib. O yerli mətbuata yazdığı açıqlamada Zəngəzur dəhlizinin geosiyasi təhlükəsinə dair xəbərdarlıq edib:"Bu məsələ diqqətə alınmasa, gələcək nəsillər İran hökumətini – xüsusilə də prezident Məsud Pezeşkianı – Zəngəzur dəhlizini ABŞ-yə 100 illik icarəyə verməkdə ittiham edəcəklər".
Zəngəzur məsələsinin İranın hələ də "qırmızı xətti" olduğuna işarə vuran azərbaycanlı deputatvurğulayıb ki, Zəngəzur yalnız kiçik və əhəmiyyətsiz bir bölgə deyil, İran və Ermənistan sərhədində strateji əhəmiyyətə malik, Cənubi Qafqazın geosiyasi məsələlərində kritik bir nöqtədir:" Əgər bu strateji zonaya diqqət yetirilməzsə, İranın tranzit üstünlüyü itiriləcək və bölgədə xarici güclərin təsiri artacaq.
İran rəsmilərini Zəngəzurun geosiyasi dəyərini başa düşməyə və bu mövzuda səhlənkarlıq etməməyə çağıran deputat onu da qeyd edib ki, diqqətsizlik İranın Qafqazdakı mövqeyinə zərbə vuracaq.
P.S. Əslində İranın dərdi ABŞın bölgəyə yerləşməsi deyil, heç Ermənistanın "süverenliyinin təhlükədə" olub-olmaması da deyil. Bunların dərdi inkişaf etmiş Azərbaycanı , onun yanında duran Türkiyəni görməkdir. Bunu özləri də etiraf edirlər. Məsələn, iranlı politoloq Hüseyn Əhmədinin vista.ir-ə açıqlaması fikrimizin təsdiqidir:“Qərbin planı Ermənistanın cənubunda Zəngəzur Türk Cümhuriyyəti yaratmaqdır. Sabah Zəngəzur dəhlizinə nəzarət edən (ABŞ) şirkətin təhlükəsizliyi təmin edə bilmədiyi iddiası ilə NATO Ermənistanla sərhədimizə nəzarət etsə, nə edəcəyik?”
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

