“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
“İranın İrəvandakı səfiri Xalil Şirqolaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birlərinə iradları olmayıb. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ ilə müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İran səfirinin “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması ikili münasibətlərdə mövcud vəziyyətdən xəbər verir. Aydındır ki, səfir İran Xarici İşlər Nazirliyinin təlimatı əsasında Ermənistan hökumətinin siyasətini sərt tənqid edib. İran səfirliyi qarşısında İrəvanda yaşayan iranlıların ölkələrindəki etiraza dəstək verməsi səfirin narazılığına səbəb olub. Səfiri narazı salan həm də Ermənistan polisinin səfirlik qarşısında etiraza şərait yaratması olub. İranlı diplomat “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” cümləsiylə İrəvanın Tehrana arxa çevirdiyini demək istəyib. Səfirin son cümləsini belə də oxumaq olar: “Azərbaycan torpaqlarının işğalında Sizə vediyimiz dəstəyi unutduz”. Nikol Paşinyan İranda gec və ya tez rejimin dəyişəcəyinin fərqindədir. Ona görə o qəddar rejimlə tərəfdaş olmaqdansa, dünyanın super dövləti ABŞ ilə sıx tərəfdaşlığa üstünlük verib. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə də yaxşı dərsdir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Oktyabr 2026 15:08
”Beynəlxalq idman tədbirləri mövcud potensialın nümayiş etdirilməsinə şərait yaradır”
25 Oktyabr 2026 13:04
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - VİDEO
25 Oktyabr 2026 12:58
Bütün dondurulmuş münaqişələr yenidən alovlanır - Səxavət Məmməd yazır
25 Oktyabr 2026 11:10
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22


Bakı -°C

