Hər gün bıçaqlanma...
Elə bir gün olmur ki, ölkəmizdə giməsə bıçaqlanma nəticəsində ölməsin. Bu hadisələrin çoxu mübahisə zəminində baş verir. Bir - birilə sözləri düz gəlməyən, mübahisə edən və sonradan dava edən insanlar sonda bıçağa əl atırlar.
Əgər onları heç olmasa biri səbrli olsa, belə qanlı hadisə baş verməz! Özü də bəzi hallarda bir-birini bıçaqlayanlar yaxın dost olur, yeyib-içir , sözləri çəpləşir və sonda kiməsə bıçağa əl atır! Onun da sonu ölümlə bitir. Hətta yeniyetmələr və məktəbli uşaqlar belə həmin hadisələrin qurbanına çevrilir. Bəs cəmiyyət və aidiyyəti qurumlar niyə susur??? Bu qəbildən baş verən cinayətlərin qarşısı necə alınmalıdır? Heç şübhəsiz ki, aidiyyəti qurumlar belə kriminal hadisələrdən çıxış yolları axtarır.
Ən azından yeniyetmələrin və məktəblilərin, eləcə də digər insanların mütəmadi maarifləndirilməsinə böyük ehtiyac var! Mən bu yazını qələmə alan anda " Xəzər" televiziyasının xəbərlər proqramında xəbər verildi ki, Tovuzda bıçaqlanma hadisəsi baş verib.Münaqişədə üç nəfər iştirak edib. Mübahisə zəminində dava düşüb, bir nəfər bıçaqlanaraq öldürürülüb.Heç odlu silahla ölkəmizdə belə hadisələrin yarısı qədər cinayətlər baş vermir.
Ona görə də bir daha aidiyyəti qurumlar bıçaqlanma ilə bağlı cıddi araşdırma aparmalı, bu kriminal olayların baş verməsinin obyektiv və subyektiv səbəbləri üzə çıxarılmalı, daha doğrusu, həmin cinayətlərin törənmə səbəbləri tezliklə aradan qaldırılmalıdır! Və kimlərsə , hansısa cahilin qurbanı olmamalıdır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Oktyabr 2026 13:02
"Cəhənnəm Necati"yə hökm oxundu
24 Oktyabr 2026 12:10
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
24 Oktyabr 2026 10:04
Zaqatalada oğurluq edən şəxs tutuldu
24 Oktyabr 2026 09:50
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - VİDEO
23 Oktyabr 2026 16:02
DİN-dən əməliyyat - Həbs edilənlər var
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50


Bakı -°C

