DİN-dən əməliyyat - Həbs edilənlər var
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.
Adalet.az xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
21 Oktyabr 2026 12:28
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
21 Oktyabr 2026 10:41
Ramiz Əzizbəylinin kürəkəni dələduzluğa görə həbs edildi
20 Oktyabr 2026 11:31
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
19 Oktyabr 2026 17:38


Bakı -°C

