“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib.
Adalet.az-ın məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq baş tutub.
Sözügedən dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: Təbrik edirəm.
Fərhad Xəlilov: Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacağam.
Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz.
Sonra çıxış edən Fərhad Xəlilov deyib: “Cənab Prezident, icazə verin, mənə verilən bu qiymətə, dövlətimizin qiymətinə görə Sizə dərin təşəkkürümü bildirim. Təşəkkür edirəm. Doğrudan da həyatımda çalışmışam ölkəmizə sədaqətli olum, əlimdən gələni edim, bundan sonra da edəcəyəm. Fürsətdən istifadə edərək deyirəm ki, xeyli vaxtdır görüşmürük. Ona görə də lap səmimi deyirəm, bir az darıxmışam. Amma fürsətdən istifadə edərək, hərdən Sizə yazıram. Amma bu gün burada Sizə demək istəyirəm ki, Azərbaycan qısa zamanda bütün dünyaya sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Bu, doğrudan fantastik bir məsələdir. Ona görə ki, hələ bir neçə müddət bundan qabaq Azərbaycanı tanımırdılar, harada olduğunu bilmirdilər”.
Digər Xəbərlər
13 Noyabr 2026 16:51
"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" - Fərhad Bədəlbəyli
12 Noyabr 2026 10:47
Nakam ömürlü “Səkinə ana”
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32


Bakı -°C

