Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real"ın fransalı ulduzu İspaniya çempionatında əlamətdar göstəriciyə nail olub.
Adalet.az xəbər verir ki, "kral klubu"nun hücumçusu Kilian Mbappe La Liqanın növbəti turunda "Levante" ilə görüşdə fərqlənərək çempionatdakı qol sayını 50-yə çatdırıb.
İkinci hissədə penaltini dəqiq yerinə yetirən forvard bu rəqəmə cəmi 53 matçda çatıb. "Opta"nın məlumatına görə, 21-ci əsrdə La Liqada 50 qol həddini Mbappedən daha tez keçən yeganə futbolçu Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu bu göstəriciyə 51 matçda nail olmuşdu.
Qeyd edək ki, "Real - "Levante" qarşılaşması Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Bakı -°C

