adalet.az header logo
  • Bakı -°C
03 Mart 2026 12:39
86
İDMAN
A- A+

Formula 1-ə görə Bakıda paddok tikintisinə başlanıldı

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.

Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən Adalet.az-a verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.