adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 11:47
57
ELM VƏ TƏHSİL
A- A+

 Testdən keçirsənsə...

Ölkəmizdə hər hansı ali məktəbi bitirən adam birmənalı olaraq işə qəbul olmaq üçün mütləq test imtahanıdan keçməlidir. Başa düşmək olmur, əgər bir tələbə 4 il ali təhsil alırsa, onun yenidən imtahan verməsinə nə ehtiyac??? Bəzi onda universitetlərin diplomu nə üçündür???

Bax bu suallara  çox  cavablar verilib, amma heç birisi nə o tələbələri, nə də ictimaiyyəti qane edib. Yenə dərman öz işində olub, sadəcə çax - çax  baş ağrıdıb! Hələ də bu proses davam edir. Yəni işə qəbul üçün test imtahanları keçirilir.Hətta da dövlət qulluğuna da  girmək üçün gənclər  imtanah verirlər. Elə və gənclər var ki, bu imtahanda  yüksək nəticə əldə edib, başqa sözlə demiş olsaq, maksimum dərəcədə bal toplayıb. Amma onu işə qəbul etməyiblər.

Ondan az nəticə qazananı  isə işə götürüblər.Hansı ki, yüksək bal toplayanın ya " dayı" sı, ya da pul olsaydı, o , oyundankənar  vəziyyətə düşməzdi! Onsuz da cəmiyyət hər şeyi görür. O ki, qaldı , testdən sonrakı müsahibəyə , bu da savadlı adam üçün " badalaq atmaq" deməkdir. Yəni münsiflər öz istədikləri adamları keçırir, istəmədiklərini " kəsir" lər.

Bununsa bir adı var- Ədalətsizlik!!! Sonradan o istedadlı gənclər ölkəni tərk edib gedir və onların yerinə istedadsız adamlar tutur. Bu isə birmənalı olaraq , beyn axını deməkdir!!!

Emil FAİQOĞLU