656 bal topladı, yenidən imtahan verdi - SƏBƏB
Biləsuvarın Xırmandalı kənd 1 saylı tam orta məktəbinin 19 yaşlı məzunu Kərimli Nərgiz Elnur qızının ötən il ADA Universitetinə qəbul imkanı olsa da, ödəniş məsələləri səbəbindən qərarını yenidən düşünməli olub.
Adalet.az xəbər verir ki, hətta universitet Nərgizin təhsilə olan marağını nəzərə alaraq, onun bir il təhsilhaqqından azad edilməsini təklif edib.
Nərgiz bildirib ki, ADA Universitetinə qəbul olmasa da, bu təhsil ocağı ilə onun isti münasibəti olub. İl ərzində universitet rəhbərliyinin diqqətindən kənarda qalmayıb, dəvətlər alıb, müxtəlif təlimlərdə iştirak edib və tələbə həyatı ilə yaxından tanış olmaq imkanı qazanıb.
O, 2024-cü ildə orta məktəbi bitirib. Ali məktəbə ilk qəbul imtahanlarında 425 bal toplayaraq Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olub. Ötən il isə 656 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olaraq Dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil almaq hüququ qazanıb, lakin təhsilinə davam etməyib.
Bununla belə, onun əsas məqsədi (ADA) Azərbaycan Diplomatik Akademiyasında (Beynəlxalq münasibətlər ixtisası üzrə) təhsil almaqdır. Bu arzu onun növbəti qəbul imtahanlarına hazırlaşmaq həvəsini azaltmayıb və o, bütün gücü ilə məqsədinə doğru çalışır.
Ötən gün (19 apreldə) keçirilən buraxılış (məzun) imtahanında Nərgiz Kərimli böyük inam və həvəslə iştirak edib. O bildirir ki, bu yolda ona ən böyük dəstək valideynlərindən gəlib və onlara minnətdardır. Onun babası Ağaqardaş Kazımov da nəvəsinin arzusunu dəstəklədiklərini və hər zaman yanında olduqlarını deyir. /qafqazinfo
Digər Xəbərlər
20 Aprel 2026 10:52
263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb
20 Aprel 2026 10:10
Məntiq tədris olunmursa, bu suallar imtahanda nə üçün lazımdır? – Təhsil eksperti
19 Aprel 2026 14:40
DİM tərəfindən yeddi imtahan keçirilib: doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
18 Aprel 2026 18:41


Bakı -°C

