Məntiq tədris olunmursa, bu suallar imtahanda nə üçün lazımdır? – Təhsil eksperti
“Martın 9-da keçirilən imtahanın nəticələri düz 39 gün sonra açıqlandı. İzləyicilər üçün də maraqlıdır yəqin, bu qədər uzun müddət gözləmə nə ilə əsaslandırılacaq. 58139 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanda cəmi 2 nəfərin maksimum 300 bal toplaması da məsələnin bir başqa tərəfidir. Bu nəticə bizə nəyi göstərir? İmtahan həddindən artıq çətin idi, yoxsa qiymətləndirmə mexanizmi problemlidir? Təhsil sistemi şagirdi inkişaf etdirmək üçündür, onu nəticəsiz buraxmaq üçün yox. Bu cür nəticələr göstərir ki, tədrislə imtahan uyğunluğu pozulub, ya da qiymətləndirmə yanaşmasına yenidən baxmağa ehtiyac var”.
Bunu Adalet.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
O, bildirib ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını keçirəndən sonra sosial şəbəkədə gedən müzakirələr 39 gündən sonra özünü doğrultdu:
“Təcrübə göstərdi ki, imtahanların ilkin nəticələrindən, yəni imtahandan çıxan uşaqların rəyindən artıq bilmək olurdu ki, imtahanlar çox ağır salınıb. Hətta bunu elm və təhsil naziri özü də dilə gətirdi ki, imtahanlarda sualları elə qoymaq lazımdır ki, onları çaşdırmaq yox, sadəcə onların biliyini, bacarığını yoxlasınlar. Yəni Dövlət İmtahan Mərkəzinin ölçü meyarı nədirsə, mən onu bilmirəm, amma hər il bir cür qayda tətbiq edir. Xatırlayırsınızsa, son beş ilin nəticələrinə görə, məsələn, 2024-2025 tədris ilində indikindən kifayət qədər çox yəni 25-30, bəzən 55 nəfərə qədər də nəticəsi olan illər olub. Amma bu il əvvəlcədən proqnozlaşdırıldığı kimi cəmi iki nəfər 300 bal toplaya bilib. Yəni mən gözləyirəm ki, növbəti o yarım hissədə də 2-3 nəfər bu cür nəticə göstərəcək”.
M.Məmmədlinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, verilən proqnozlar, səsləndirilən iradların hamısı həqiqət imiş:
“Dövlət İmtahan Mərkəzinin imtahana saldığı suallar çox çətin idi, həm də Azərbaycan dilindən məntiqə söykənən, vaxt aparan suallar olub. Bu da artıq o deməkdir ki, uşağın hiss və həyəcanı ona geniş düşünməyə imkan vermir. Çünki bilirsiniz ki, bizim ümumtəhsil məktəblərində məntiq tədrisi keçirilmir. Ali təhsil müəssisələrində isə məntiqin tədrisi çox zəif keçirilir. Biz təəssüflər olsun ki, həm buraxılış, həm blok və o cümlədən də bakalavrların təhsilin növbəti pilləsi olan magistrlar üçün imtahanlarda da yenə eyni məntiqi sualları görürük. Bir halda ki, məntiq tədris olunmur onda soruşaq lazımdır ki, bu suallar nə üçün lazımdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

