İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub
Aprelin 17-də alman əsilli isveçrəli yazıçı Regina Düriq Xəzər Universitetində bir qrup müəllim və ingilis dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova qonağı iştirakçılara təqdim edib. Sonra İsveçrə səfirliyinin nümayəndəsi Zahir Əhmədov R.Düriqin Azərbaycan oxucusuna yenicə təqdim olunan “Qadınlar və daşlar” kitabı barədə söz açıb.
Regina Bakıda nəşr edilən romanının ilk tərcüməolduğunu deyib, əsərin hansı zərurətdən yaranmasından danışıb. Qısa müddətdə çox səmimi ortam yaradan qonaq tələbələrdən romandan parçalar oxunmasını xahiş edib, əsərin dilimizdə necə səsləndiyini dinləmək istəyib, onları maraqlandıran suallara cavab verib. Onun təklifi ilə görüş iştirakçılarıtərəfindən daş, yaddaş, “kitab olsam hansı məzmunda olmaq istəyərdim?” mövzularında mətnlər yazılıb, oxunulub.
Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həm sıçrayışlı hərəkət demək olan, həm zaman parçalarını əhatə edən fraqmentlərdənibarət “Qadınlar və daşlar” romanının bəzən “daş kimi ağır” üslubunun, eyni zamanda qadınların “ağrı dili” olduğunu vuğulayıb.
Tədbirin sonunda universitetin rektoru Dr. Raziyə İsayeva Regina Düriqi qəbul edib və qonağa “Xəzər”in xatirə hədiyyələri təqdim olunub.
Digər Xəbərlər
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
27 Oktyabr 2026 11:46
Türkiyədən ali təhsildə yaşıl dönüş
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
26 Oktyabr 2026 11:19


Bakı -°C

