Uşağını döyən valideynlər cərimə ediləcək
Tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə məsuliyyət nəzərdə tutulacaq.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə - iki yüz manat məbləğində cərimə ediləcəklər.
Qeyd edilib ki, bu, həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasen cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
21 Aprel 2026 14:55
İcbari tibbi sığorta sahəsində islahatlar aparılacaq - Nazir açıqladı
21 Aprel 2026 14:53
Bakı metrosunun açılacağı vaxt məlum oldu - YENİLƏNİB
21 Aprel 2026 14:07
Bu hadisə artıq iki uşağın davası deyil – Psixoloq
21 Aprel 2026 13:49


Bakı -°C

