“Xalqın dolanışığı çətindir” - Xamenei
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə davam edən iqtisadi böhran və kütləvi etirazlar fonunda xalqın yaşayış şəraitinin ağır olduğunu ilk dəfə etiraf edib.
Adalet.az xəbər verir ki, ali lider bu barədə “X” hesabında etdiyi paylaşımda bildirib.
Xamenei dövlət rəsmilərinə müraciət edərək, vəziyyətin düzəldilməsi üçün ciddi tapşırıqlar verib:
“İranda iqtisadi vəziyyət yaxşı deyil, xalqın dolanışığı çətindir. Dövlət məmurları və vəzifəli şəxslər səyləri iki dəfə artırmalı və işə daha ciddi yanaşmalıdırlar. Xüsusilə əsas məhsulların, heyvandarlıq üçün yem və digər zəruri ərzaq mallarının ölkəyə fasiləsiz çatdırılması üçün daha çox işləmək lazımdır”.
Qeyd edək ki, İranda milli valyuta olan rialın kəskin dəyər itirməsi və inflyasiyanın 60%-i keçməsi dekabrın sonundan etibarən ölkə daxilində genişmiqyaslı aksiyalara səbəb olmuşdu.
Digər Xəbərlər
08 Sentyabr 2026 17:43
Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
08 Sentyabr 2026 13:47
Zelenski Trampla görüşəcək
08 Sentyabr 2026 11:38
Qazaxıstanda neft emalı zavodunda güclü yanğın
08 Sentyabr 2026 10:59
Türkiyə meşə yanğınları ilə mübarizə aparır
08 Sentyabr 2026 10:10
Husilərin Səudiyyə Ərəbistanına hücumunda onlarla insan yaralandı
08 Sentyabr 2026 07:48
Tüstüsünə görə hər il 100 min insan ölür
08 Sentyabr 2026 07:27
Tramp artan neft qiymətlərinə münasibət bildirib
08 Sentyabr 2026 07:09


Bakı -°C

