adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 15:57
50
DÜNYA
A- A+

Tramp Pezeşkianla görüşməyə hazırdır - Rubio

"ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşməyə hazırdır".

Adalet.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. 

O,  əlavə edib ki, lakin hələlik belə bir görüş planlaşdırılması barədə təmas olmayıb. 

"Biz buna açığıq, amma hələlik heç nə planlaşdırılmayıb. Amma biz görüşün, xüsusən də müsbət bir şeyə gətirib çıxarmaq potensialı varsa buna açığıq", - deyə o, bildirib.