Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı epidemioloji təhlillərə əsasən, hazırda ölkədə qızılca ilə bağlı vəziyyət sabitdir və nəzarət altındadır. Son aylarda yoluxma hallarının sayında azalma müşahidə edilir.
Nəzərə çatdırılıb ki, uşaq kollektivlərində təmasların intensivliyi, eləcə də qızılcaya qarşı peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslərin mövcudluğu müəyyən dövrlərdə yoluxma hallarının artmasına səbəb ola bilər. Bununla belə, qızılca üzrə qeydə alınan yoluxma hallarının əsasən peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslər arasında müşahidə edildiyi bildirilir:
"Xəstəliyin yüksək yoluxuculuğu nəzərə alınaraq, əhali arasında kollektiv immunitetin qorunması üçün Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlərin vaxtında və tam şəkildə qəbul edilməsi mühüm əhəmiyyət daşıyır".
Bildirilib ki, ölkədə qızılcaya qarşı immunizasiya Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca-parotit-məxmərək (QPM) vaksini ilə həyata keçirilir. Bundan əlavə, cari ilin aprel ayınadək yalnız uşaqların planlı immunizasiyası deyil, qızılcaya qarşı həssas olan yetkin əhali qruplarının immunizasiyası məqsədilə də qızılca-məxmərək (QM) vaksini ilə geniş immunizasiya tədbirləri aparılıb.
Hazırda planlı immunizasiyanın davam etdirilməsi üçün ölkədə kifayət qədər vaksin ehtiyatı mövcuddur:
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion xəstəliklər üzrə epidemioloji nəzarət davamlı olaraq həyata keçirilir, vəziyyət mütəmadi qiymətləndirilir və zərurət yarandıqda operativ profilaktik və əksepidemik tədbirlər görülür.
Mövcud epidemioloji vəziyyət əhali arasında narahatlıq yaradacaq xarakter daşımır. Vətəndaşlara yalnız Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlərini vaxtında və tam şəkildə tətbiq edilməsi tövsiyə olunur".
Digər Xəbərlər
20 Oktyabr 2026 10:29
Uşaqlar niyə müntəzəm tibbi müayinədən keçməlidir?
20 Oktyabr 2026 10:28
Uşaqlar bağçada və məktəbdə infeksiyalardan necə qorunur?
18 Oktyabr 2026 11:27
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
17 Oktyabr 2026 16:13
Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
17 Oktyabr 2026 09:38
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21


Bakı -°C

