Fransaya səfərlə bağlı - XİN-dən xəbərdarlıq
Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) səyahət xəbərdarlığında bildirilib.
Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.
"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
ÜNVAN: 78, avenue d'Iéna Paris 75116
E-poçt ünvanı
Əlaqə nömrəsi
+33 (0) 1 44 18 60 20
+33 (0) 1 44 18 60 23
Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)"
Digər Xəbərlər
20 Oktyabr 2026 18:13
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi
20 Oktyabr 2026 17:52
Hikmət Hacıyev Emin Millini qəbul etdi
20 Oktyabr 2026 16:12
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
20 Oktyabr 2026 16:05
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqlədi
20 Oktyabr 2026 16:01
Qarabağ Milli Parkı yaradılıb - SƏRƏNCAM
20 Oktyabr 2026 14:34
Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib
20 Oktyabr 2026 12:30
"Bu dəyişikliklər istehlakçıların hüquqlarına nə dərəcədə müsbət təsir göstərəcək?" - Deputat
20 Oktyabr 2026 11:53


Bakı -°C

