Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.
Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Digər Xəbərlər
20 Oktyabr 2026 12:30
"Bu dəyişikliklər istehlakçıların hüquqlarına nə dərəcədə müsbət təsir göstərəcək?" - Deputat
20 Oktyabr 2026 11:53
“Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır”
20 Oktyabr 2026 11:45
Spiker Bişkekdə iclasda çıxış etdi
20 Oktyabr 2026 11:21
”Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur”
20 Oktyabr 2026 10:47
“Pakistan Səudiyyə Ərəbistanına hərbi dəstəyi artırmağa qərar verib”
19 Oktyabr 2026 20:17
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
19 Oktyabr 2026 17:56
Ceyhun Bayramov Vatanabe Katsuya ilə görüşüb
19 Oktyabr 2026 16:22


Bakı -°C

