Spiker Bişkekdə iclasda çıxış etdi
Bu gün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
TÜRKPA-nın üzərinə tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın maraqlarına parlament diplomatiyası çərçivəsində xidmət edilməsi kimi mühüm missiya düşdüyünü söyləyən Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir.
Qeyd olunub ki, Azərbaycan parlamentinin nümayəndə heyəti TÜRKPA-nın komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilən tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində yaxından iştirak edib. Həmçinin, Milli Məclis TÜRKPA-nın beynəlxalq fəaliyyətinin gücləndirilməsi, digər parlamentlərarası təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması üçün də təşəbbüs göstərir.
Eyni zamanda, spiker Sahibə Qafarova təşkilatın yeni Baş katibi Ramil Həsənin TürkPA-nın fəaliyyətinin gücləndirilməsi, münasibətlərinin inkişafı naminə gördüyü işləri təqdir edib. O, TürkPA-nın Bakıda yerləşən katibliyinin fəaliyyətinin daim Milli Məclisin diqqətində olduğunu qeyd edib və bundan sonra da katibliyə fəal dəstək göstəriləcəyini bildirib.
İclasda həmçinin üzv ölkələrin parlamentlərinin sədrləri çıxış edərək, gündəlikdəki məsələlərə münasibət bildiriblər.
Digər Xəbərlər
20 Oktyabr 2026 12:30
"Bu dəyişikliklər istehlakçıların hüquqlarına nə dərəcədə müsbət təsir göstərəcək?" - Deputat
20 Oktyabr 2026 11:53
“Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır”
20 Oktyabr 2026 11:21
”Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur”
20 Oktyabr 2026 10:47


Bakı -°C

