Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq
Əcnəbilərə müvəqqəti yaşamaq üçün verilən icazə ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur.
Belə ki, aqroparkın rezidentinin hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
09 Noyabr 2026 12:39
“Düşmənə dərs verən onlardır” - İlham Əliyev - VİDEO
09 Noyabr 2026 12:17
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi
09 Noyabr 2026 12:16
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09 Noyabr 2026 11:21
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
09 Noyabr 2026 09:00
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi - FOTO
09 Noyabr 2026 00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
08 Noyabr 2026 21:04
Dövlət Komitəsinin kollektivi Zəfər Parkını ziyarət edib - FOTOLAR
08 Noyabr 2026 20:32


Bakı -°C

